Ağıllı ev nədir?

Ağıllı ev nədir?

Ağıllı ev sistemi bugünün texnoloji imkanlarının genişlənməsi ilə insanların rahatlığını təmin etmək üçün yaradılmış xüsusi idarəetmə sistemidir. Texnologiyanın sürətli inkişafı nəticəsində ağıllı ev sistemi artıq insanların xəyallarındakı evi reallığa gətirib. Sistemi istifadə edərək qapınızın kilidinin açılmasından tutmuş işıqların yandırılmasına qədər hər bir şeyi sadecə mobil telefonunuz ilə idarə edə bilərsiniz.

Aparılan araşdırmalara əsasən 2019 – cu ildə Britaniyaların 57 % – i ağıllı ev sistemindən istifadə edirlər və bu, ağıllı ev texnologiyasının tədricən həyat normasına çevrilməsinin sübutudur. Azərbaycanda da ağıllı ev sistemləri sürətlə inkişaf etməyə doğru gedir və insanlar öz rahatlıqlarını və təhlükəsizliyini təmin etmək üçün bu texnoloji imkanlardan faydalanmağı seçirlər. Ağıllı evlərdə istifadə edilən texnologiyalar sayəsində ev sahibləri evlərindəki bir çox prosesləri avtomatlaşdıra bilirlər. Ağıllı

Ağıllı termostatlar

Ağıllı termostatlar evdə temperaturu avtomatik tənzimləməklə enerjiyə qənaət edə bilər. Bu cihazlar ev sahibləri evdə olmayanda temperaturu avtomatik tənzimləyərək enerjiyə qənaət edir.

Ağıllı İşıqlandırma Sistemləri

Ağıllı işıqlandırma sistemləri isə ev sahiblərinə istədikləri zaman evdə olmadıqları zamanda belə evdəki işıqlandırmanı uzaqdan idarə etməyə imkan verir. Bu cihazlar ev sahibləri evdə olmayanda işıqları avtomatik açıb-söndürməklə evi daha təhlükəsiz edir. Həmçinin siz evdə qaz və diqər cihazları yanılı qoyduğunuz zaman evə qayıtmağa ehtiyac olmadan sadecə telefonla söndürə bilərsiniz.

Ağıllı ev təhlükəsizlik sistemləri

Ağıllı ev təhlükəsizlik sistemləri ilə indi harada olursunuzsa olun, siz system vasitəsiylə evinizə nəzarət edə biləcəksiniz. Bu kameralar asanlıqla mobil telefonunuzla əlaqələndirilə bilər və siz evinizdə və ya evinizdən kənarda olarkən evinizin hər küncünü izləyə bilərsiniz. Ağıllı təhlükəsizlik sistemi ilə evinizin hər zaman gözümüzün qabağında olduğunu bilmək sizə böyük bir rahatlıq verəcəkdir.

Evinizi daha yaxşı idarə etmək və təhlükəsizliyini təmin etmək üçün texnologiyadan istifadə etmək əla seçimdir. Ağıllı ev sistemlərinə ilə bu gün öz əmlakınızı texnologiya ilə qoruya, idarə edə və rahat nəzarətdə saxlaya bilərsiniz. Ağıllı ev texnologiyalarını təkmilləşdirərkən və ya əlavə edərkən əvvəlcə eviniz və ailəniz üçün nəyin ən yaxşı olduğuna qərar vermək tövsiyə olunur. Elsmart kimi nüfuzlu xidmət təminatçısı sizin üçün ən uyğun ağıllı ev sistemlərinin quraşdırılması və tətbiqini həyata keçirəcəkdir.

Leave a Comment

Your email address will not be published.