“Javahir Residence” dən  ağıllı bina sistemləri-Bakıda ağıllı binalar

“Javahir Residence” dən ağıllı bina sistemləri-Bakıda ağıllı binalar

Hər birimizin işdən sonra , yol getdikdən sonra , istirahət etdikdən sonra geri gəldiyimiz bir yerimiz var – Evimiz..

Hər gün daha da smartlaşan dünyada hər yerdə istifadə etdiyimiz “Ağıllı” cihazlar bizə rahatlığı ,dəqiqliyi və səmərəliliyi verdiyi halda evimiz niyə də Ağıllı olmasın ki?

Elə buna görə “Kristal Abşeron” şirkətlər qrupu yeni istifadə verdiyi yaşayış komplekslərində Ağıllı bina sistemi üzərindən Ağıllı evlər hazırlayıb sizlərə təqdim edir. Bakıda ağıllı binalardan danışarkən ilk ağla gələn ,keyfiyyəti və əzəməti ilə göz oxşayan binalardan  biri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Javahir Residence” yaşayış kompleksidir.

Ağıllı binanın üstünlükləri

Bu yaşayış kompleksində olan evlərdə sizin üçün həm təhlükəsizlik həm də yüksək qənaət üçün 3 əsas funksiya vardır.

  • Ümumi işıq idarəetməsi
  • Qaz xəttinin idarə edilməsi
  • Su xəttinin idarə edilməsi

Ümumi İşıq idarəetməsi zamanı evdə olan ümumi elektriki idarə etmiş olursunuz. Həm təhlükədən öncə həm də təhlükə anında bu funksiya vasitəsilə işığı söndürə bilirsiniz. Ümumi olaraq gündəlik evdən uzaqda , işə gedərkən , hər hansisa səfərə gedərkən evinizin işıqlarına müdaxilə edə bilirsiniz, yəni həm onu söndürüb həm yandıra bilirsiniz.

Su sızmasının qarşısını almaq məqsədilə istifadə olunan su xəttinin idarə olunması funksiyası sizin evinizi böyük bir təhlükədən həm də sizi böyük bir xərcdən xilas edir. Nəzərə alsaq ki, su sızması hallarda tək zərər görən yalnız siz olmursunuz həm də qonşularınız bu təhlükədə olur. Məhz buna görə də suyu idarə etməyi , təhlükəni idarə etmək adlandıra bilərik.

Qaz xəttinin idarə edilməsinin vacibliyi haqqında sizlər məlumatlısınız . Bu funksiyanın olduğu evlərdə belə bir təhlükə halında avtomatik xəttin bağlanması ilə evə daxil olunan qazın verilişi dayandırılır. Ağıllı binanın üstünlükləri sayəsində həm binanızın həm evinizin həm də ailə üzvlərinizin rahatlığı və təhlükəsizliyindən məmnun qalacaqsınız.

Ağıllı evdə yaşamaq necə bir hissdir ?

Telefon alan zaman axtardığınız funksionallığı artııq evinizdə tapacaqsınız . Sizə lazım olan məlumatları uzaqdan nəinki görmək həm də idarə edə biləcəksiniz. Ağıllı evin ən böyük özəlliyi yalnız idarəolunan yox həm də öz-özünü idarə edə bilməsidir. Bu o deməkdir ki, “Javahir Residence”dəki mənzillər daim baş verəcək olan təhlükənin qarşısını almaq üçün sizi gözləməyəcək. Sizə də elə bu lazımdır.

Ağıllı ev sistemləri sizə sadəcə funksionallıqları görsətmir həm də sizlərin təhlükəsizliyinizə nəzarət edir. Çalışaq evimizi və özümüzü müdafiə edək .

Leave a Comment

Your email address will not be published.