İŞIĞA ƏMR EDİN!

İŞIĞA ƏMR EDİN!

 İşığa Əmr Edin!

Evə gəlmisiniz, qaranlıq bir mühitə girmək istəmirsiniz. Ya da evdə deyilsiniz amma bunu sizdən başqa kimsənin bilməsinə ehtiyac yoxdur. Sistemə əmr verin; programladığınız saatda və müddətdə evinizin istədiyiniz hissəsində, istədiyiniz səviyyədə işıqlar yansın.

Tək bir toxunuşla evinizdəki ya da baxçanızdakı işıqları mərkəzi olaraq yandırıb söndürmək və ya istədiyiniz işıqlandırma səviyyəsini təyin edə bilərsiniz.

İşıqlandırma idarə etmə sistemi, günün müxtəlif saatlarında, dəyişən xarici mühit işığını da nəzərə alaraq, gün boyu ev içində olan vəziyyətə görə işıqlandırma vəziyyətini nizamlayır. Hava qaraldığında, sensorlar köməyiylə işıqların yanması ya da hərəkət təsbit edən sensorların köməyi ilə keçid nöqtələrinin işıqlandırılması kimi əmrləri reallaşdıraraq sizə rahat və komfortlu bir həyat sahəsi təqdim edir.

Bundan başqa, həyat vərdişlərinizə görə təyin edəcəyiniz zaman və aralıqda, istədiyiniz yerdə və səviyyədə işıqlarınızın avtomatik olaraq yanmasını ya da sönməsini təmin edir. Üstəlik, bütün əmirlərinizi tək bir əmr və ya toxunmatik ekran üzərindən idarə edə bilərsiniz.

Evdən uzun müddət uzaq qalacağınız zamanlar üçün narahat olmayın çünki nəzarət yenə sizdə! İşıqların yanmasını təmin etmək və evdə olduğunuz təəssüratını yaratmaq üçün tək etməniz lazım olan, istədiyiniz zaman və bölgəni təyin edib İşıqlandırma İdarəetmə Sistemində proqramlaşdırmaq lazımdır.

• Bütün işıqlandırmaları, binanın istənilən hər hansı bir yerindən düymə ya da toxunmatik panel üzərindən yanıb sönəbilməsi,

• Otaq və ya mərtəbə əsasında işıqlandırma idarəetməsi,

• Dimmerli işıqlandırma idarəetməsi,

• Senariləşdirilmiş işıqlandırma (yemək, söhbət, oxuma kimi işıqlandırma senariləri),

• Hərəkət sensorlu işıqlandırma idarəsi ilə enerjiə qənaət,

• İşıq sensoru sayəsində hava vəziyyətinə uyğun istənilən işıqların yandırılması və söndürülməsi.

Leave a Comment

Your email address will not be published.