Universitetdə fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında, həmçinin biliklərin yayılmasında elmi-metodiki, maddi-texniki və təşkilati tədbirlərin, eləcə də tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparılması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində, müxtəlif istehsalat sahələrində tətbiq olunması müqavilənin əsas məqsədini təşkil edir.
BMU-nun maddi-texniki və tədris bazasının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərmək, elmi-praktik konfransların, seminarların, olimpiadaların, sərgilərin birlikdə təşkil olunması tərəflərin əməkdaşlıq sahələrini əhatə edir. Eyni zamanda, BMU-nun Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Sistem mühəndəsliyi və Kompüter mühəndisliyi ixtisasında təhsil alan tələbələrindən gənc mühəndis qismində tədqiqat qrupu yaradılacağı nəzərdə tutulub. Birgə startap layihələr yerinə yetirərək tələbələrin akademik biliklərinin praktiki vərdişlərə çevrilməsi üçün təlim proqramlarının təşkil edilməsi də sənəddə qeyd olunub.
Əməkdaşlıq müqaviləsini BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Manafəddin Namazov və “SMART HOME” şirkətinin direktoru Çingiz Hümbətov imzalayıb.
Mənbə: www.beu.edu.az