“AGILE MANAGEMENT TRANFORMATION CONSULTATION” layihəsinə start

“AGILE MANAGEMENT TRANFORMATION CONSULTATION” layihəsinə start

Anar Rüstəmov:

Smart Home şirkəti ilə artıq 3 həftədir ki, Agile Management Tranformation Consultation layihəsinə start vermişik. Smart Home şirkəti təhlükəsiz sistemlərinin və Ağıllı Evlərin qurulması sahəsində Azərbaycanının qabaqcıl şirkətlərindən biridir. Özlərinə məxsus Hardware Design və istehsalı ilə yanaşı Proqram təminatları şöbəsidə mövcuddur. Şirkətin böyüməsi ilə şirkət rəhbərliyi Agile Konseptinin tətbiq edilməsini zəruri görmüş və bu istiqamətdə bərabər yola çıxdıq. Agile Management Tranformation Consultation layihəsinə çərçivəsində Smart Home şirkətində Proqramlaşdırma qrupuna Agile Mind, Agile Management, Scrum Kanban nəzəri bilikləri verilir və Sourced Agile User Story Management System-i ilə öyrənilən biliklər tətbiq edilir. Bununla yanaşı şirkətin Agile İdarəetmə mexanizmi Sourced Agile User Story Management üzrə həyata keçiriləcəkdir.

Hal hazırda Agile İdarəetmə konseptinin aktiv idaəedilməsi üçün paralel olaraq C# üzrə Proqram təminatı arxitekturası (Software Architecture) qurulur və DevOps alətlərinin tətbiq edilir. Eyni zamanda komanda Sourced Agile User Story Management System-i üzrə Agile İdarəetmə və proqramlaşdırma layihələrinin Scrum Kanban ilə idarəedilməsini öyrənir və tətbiq etməyə başlamışdır.

14 saatlıq təlim və Sourced Agile User Story Management System-i ilə 3 aylıq konsultasiya xidməti ilə Smart Home şirkəti Agile dünyasına daxil olmaq üçün böyük sürətlə davam edir.

Smart Home Komandasına,başda Elşad bəyə, yeni idarəetmə transformasiya dövründə uğurlar…

Leave a Comment

Your email address will not be published.